Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələri çərçivəsində ərsəyə gələn növbəti nəşr – Xalq yazıçısı Elçinin “Baş” romanı Misirdə işıq üzü görüb.
Bu barədə 525.az-a mərkəzdən məlumat verilib.
Bildirilib ki, Misirin “Ən-Ədəb” nəşriyyatında nəşr olunmuş kitabı orijinaldan ərəb dilinə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi, doktor Əhməd Sami Elaydi tərcümə edib.