|
|
|
|
İran Ali Məhkəməsi qanunsuz qızıl satışı ilə məşğul olan Vahid Məzlümi haqqında edam hökmü çıxarıb.
Trend-in məlumatına görə, "sikkə sultanı" kimi tanınan V.Məzlümi və dəstəsi barədə iş sentyabrın 17-də başlayıb. Dəstə valyuta və qızıl sikkə alverində ittiham olunub.
Qeyd edək ki, 58 yaşlı V.Məzlümi haqqında edam hökmü verdiyi appelyasiya şikayətindən sonra yenə qüvvədə saxlanılıb.