../img/pics/medium/136884_iaijovl3u7.jpg Səlim Babullaoğlunun kitabının Belqradda təqdimatı oldu - Fotolar
../img/pics/medium/136853_92hcmg3q33.jpg Sədaqət Vəliyeva: Sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlanır
../img/pics/medium/136851_eef4dv33wx.jpg 160 minə yaxın müəllimin maaşı artacaq
../img/pics/medium/136848_i601cdm6h0.jpg Həmsədrlər Ermənistan xarici işlər naziri ilə görüşüblər
SON XƏBƏRLƏR
19 İyun 2019
18 İyun 2019

Bakı finalı üçün fantastik bilet qiyməti - 10 mindən 250 minə...

Bakı finalı üçün fantastik bilet qiyməti - <b style="color:red">10 mindən 250 minə...</b>

İnternetdə, sosial şəbəkələrdə Avropa Liqasının Bakıda keçiriləcək "Çelsi" - "Arsenal" finalı üçün "Skybox" biletlərinin astronomik qiymətə satışı ilə bağlı müxtəlif elanlar yayılıb.

Qol.az-ın məlumatına görə, elanlarla həmin biletlərin qiyməti bir nəfər üçün 10 min manatdan başlamaqla, 20-25 min arasında dəyişir. Hətta 10 nəfərlik “Skybox”lar üçün 100-250 min manatdan baha göstərilən elanlara də rast gəlmək olur.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla isə Qol.az-a açıqlamasında güman etdiyini bildirib ki, bunlar saxta informasiyadır:

"Ümumiyyətlə, həmin "Skybox" biletləri heç vaxt bizdə satışda olmayıb. Bunu UEFA özü həyata keçirir. Bizdə belə bir məlumat var ki, qitə futbol qurumu çox qısa müddət ərzində o biletləri satıb qurtarlıb. İnternetdə yayılan elanlara gəlincə, bunu bir neçə dəfə mən özüm də görmüşəm. Bizdə təəssürat budur ki, onlar saxta informasiyalardır. Hətta guya 500 min manata bilet satışa çıxarıblar".

F Abdullanın sözlərinə görə, əslində bu cür böyük turnirlərdə, belə oyunlarda "qara bazar" olmur: "Qara bazar" bu formada ola bilər ki, kimsə özünə bilet alıb, oyuna gedə bilmir, hardasa durub satır. "Skybox"ların bu qiymətə satışı bir az inandırıcı görünmür. Yarım milyon avroya olan bileti kim alar axı? Bir yaxtanın qiymətidir. Ona görə də belə düşünürük ki, bunlar saxta informasiyalardır".

AFFA rəsmisi biletlərin qiymətlərinin UEFA tərəfindən müəyyənləşdirildiyini, satışa da birbaşa onların nəzarət etdiyini söyləyib: "Çünki final onların oyunudur. Satışı da qurum özü həyata keçirir. Bilirsiniz ki, UEFA biletləri əvvəlcə onlayn olaraq satışa çıxarmışdı. AFFA-nın qurumla danışıqlarından sonra müəyyən sayda bileti Bakıya gətirib, fiziki satışa çıxardılar ki, yerli əhali daha rahat əldə edə bilsin. Yəni, federasiyanın rolu yalnız bundan ibarət olub. Digər məsələlərin heç birini AFFA tənzimləmir. Biz meydan sahibi olaraq, sadəcə, onlara müəyyən şərait yaradırıq. Stadionu veririk, təşkilati işlərdə kömək edirik".

F. Abdulla "Final oyunu üçün neçə bilet satılıb" sualına isə bu cür cavab verib: "Hələ ki, satılan biletlərin sayı barədə dəqiq məlumat yoxdur. Çünki UEFA tərəfindən həm onlayn, həm də fiziki satış həyata keçirilir. Ona görə də dəqiq statistika yoxdur. Yəqin ki, bu gün və ya sabah rəsmi məlumat olacaq".

Qol.az saytına daxil olan özəl xəbərə görə isə bir neçə imkanlı iş adamı 10 nəfərlik “Skybox”lar üçün ən azı 100 min manat, bəziləri isə bir bilet üçün 10-20 min manat ödəməyə hazır oldularını deyiblər. Amma bildirilir ki, “Skybox”lar üçün yerlər bir müddət əvvəl satılıb qurtarıb.

“Skybox” nədir?

Stadionlarda futbola baxmaq üçün ayrıca xüsusi otaqdır. Belə otaqlarda tamaşaçılara pulsuz yemək, spirtli və spirtsiz içkilər təklif olunur. Onlara xüsusi ofisiantlar xidmət göstərir. Hər “Skybox”da tualet, kondisioner var, pulsuz Wi-fi ilə təmin olunub.

Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı yerli vaxtla saat 23:00-da başlayacaq.


 
Bölmənin digər xəbərləri
Mişel Platini ifadə verdikdən sonra azadlığa buraxılıb Mişel Platini ifadə verdikdən sonra azadlığa buraxılıb
UEFA-nın sabiq prezidenti Mişel Platini azadlığa buraxılıb. ...
19.06.19
Platini həbs olundu Platini həbs olundu
UEFA-nın sabiq prezidenti Mişel Platini həbs olunub. ...
18.06.19
“Judo Club 2012”nin karateçiləri yeni sınaq qarşısında - Foto “Judo Club 2012”nin karateçiləri yeni sınaq qarşısında - Foto
İyunun 14-16-da Qazaxıstanın paytaxtı Astanada karate (WKF) üzrə “Qazaxıstan Open” turniri keçirilib. ...
18.06.19
"Qarabağ"ın potensial rəqibləri 5-ə düşdü
Son Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının (ÇL) birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə düşüb....
18.06.19
Qubada yeni futbol stadionu tikiləcək Qubada yeni futbol stadionu tikiləcək
"Qubanın təsdiq olunmuş yeni baş planına əsasən, rayonda futbol stadionunun tikilməsi planlaşdırılır. Həmçinin 72 hektar təsərrüfat sahəsinin təyinatı dəyişdirilərək həyətyanı torpaq üçün...
12.06.19
Millimiz darmadağın oldu Millimiz darmadağın oldu
Milli komandamız bu gün Avro-2020-nin seçmə mərhələsində 3-cü oyununa çıxıb. ...
11.06.19
Azərbaycan UEFA Avropa Liqasının finalından nə qədər gəlir əldə edib? Azərbaycan UEFA Avropa Liqasının finalından nə qədər gəlir əldə edib?
Dünyada böyük nüfuza sahib futbol turnirlərindən olan UEFA Avropa liqasının 2019-cu il 29 may tarixində Bakı şəhərində keçirilən final oyunu nəticəsində Azərbaycana birbaşa nağd şəkildə təxminən 175...
11.06.19
Azad Rəhimov: “Oyunlara demək olar ki, tam hazırıq” Azad Rəhimov: “Oyunlara demək olar ki, tam hazırıq”
Bu gün Milli Olimpiya Komitəsində iyul 21-də Bakıda başlayacaq XV Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri ilə bağlı Əlaqələndirmə Komissiyasının sonuncu toplantısı keçirilib. ...
11.06.19
Millimiz Macarıstana uduzdu Millimiz Macarıstana uduzdu
Bu gün Avro-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilir. ...
08.06.19
Bakıda Ümumdünya Velosiped günü - Fotolar Bakıda Ümumdünya Velosiped günü - Fotolar
3 iyun – Ümumdünya Velosiped Günü ilə əlaqədar Bakıda daha bir velosiped yürüşü təşkil edilib. ...
08.06.19
Dünyanın ən çox qazanan 10 idmançısı - Siyahı Dünyanın ən çox qazanan 10 idmançısı - Siyahı
Dünyanın ən yüksək ödənişli idmançılarının siyahısı açıqlanıb. ...
07.06.19
UEFA Bakı Olimpiya Stadionunu UEFA Bakı Olimpiya Stadionunu "Elit stadionlar" siyahısına daxil etdi
Bakı Olimpiya Stadionu UEFA-nın "Elit stadionlar"siyahısına daxil edilib. ...
05.06.19
“Liverpul”un azarkeşi Madriddə itkin düşdü “Liverpul”un azarkeşi Madriddə itkin düşdü
Çempionlar Liqasının Madriddə keçirilən “Liverpul” - “Tottenhem” finalından sonra bir azarkeş itkin düşüb....
03.06.19
"Bakı uzaq olsa da, oradakı matçın təşkili əla idi"
"Bakı uzaq olsa da, oradakı matçın təşkili əla idi". ...
03.06.19
Çavuşoğlu Türkiyə-Fransa oyunu barədə təxminlərini açıqladı Çavuşoğlu Türkiyə-Fransa oyunu barədə təxminlərini açıqladı
Türkiyənin milli futbol komandası bu gün Özbəkistanın milli komandası ilə Alanya şəhərində qarşılaşıb. 2020-ci il Avropa oyunlarına hazırlıq matçı 2:0 hesabı ilə Türkiyənin xeyrinə başa çatıb....
03.06.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.