|
|
|
|
ABŞ-də ölkə daxilində universitet şəhərciklərində İsrailin Qəzzaya hücumlarına reaksiya etirazları davam edərkən, Los-Ancelesdəki Cənubi Kaliforniya Universitetində (USC) əsas məzuniyyət mərasimi ləğv edilib.
525.az xəbər verir ki, ölkəyə yayılan Qəzzaya dəstək nümayişləri səbəbilə İsrailə etiraz edən 93 tələbənin nəzarətə alındığı USC-nin buraxılış mərasimi ilə bağlı açıqlama verilib.
Açıqlamada 2024-ün ən yaxşı tələbəsi Əsna Təbəssumun buraxılış çıxışının təhlükəsizlik səbəbilə ləğv edildiyi və USC-də may ayında əsas məzuniyyət mərasiminin keçirilməyəcəyi bildirilib.
Qeyd edək ki, təxminən 65 min insanın iştirak edəcəyi mərasimin yeni təhlükəsizlik tədbirləri səbəbiylə ləğv edildiyi bildirilib.
Məhəmməd Tağıyev