|
|
|
|
Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçəcəklər.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, səhiyyə naziri respublika əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşərək onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığını nəzərə alıb gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib.
Digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqrammalar göndərilib.
Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib.