Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində (kənar yol - şəhər istiqamətində) baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yolda nəqliyyat vasitələrinin sıxlığı yaranıb.
Sürücülərə alternativ olaraq əsas yoldan istifadə etmələri tövsiyə olunur.