|
|
|
|
Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dəyişikliklər edilməsi barədə 15 nömrəli Protokolun təsdiq edilməsini müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, iclasda sənəd barədə komitə sədri Rəbiyyət Aslanova məlumat verib.
Bildirilib ki, protokola dəyişikliklər sənədi ötən ilin dekabrın 18-də Strasburqda imzalanıb.
Müzakirələrdən sonra layihə təsdiq olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.