Rusiyanın Altay diyarında narkotik asılılığı olan şəxslər üçün reabilitasiya mərkəzində baş verən güclü yanğında 8 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
APA-nın Rusiya FHN-in region üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın aprelin 27-də səhər Krasilovo Kosixinsk rayonunun Ozero kəndi ərazisində yerləşən “Çistıy list” reabilitasiya mərkəzində baş verib.
Yanğının yayılması səbəbindən binanın dam örtüyü 200 kv/m sahədə çöküb. Yağının söndürülməsinə yanğınsöndürmə briqadaları cəlb olunub, yanğının qarşısı alınıb.
Müstəntiq-kriminalistlər hadisənin səbəblərini və ölənlərin şəxsiyyətini müəyyənləşdirirlər. İlkin ehtimala görə, yanğına odla ehtiyatsız davranma səbəb olub.
Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, mərkəz hələlik adı açıqlanmayan qeyri-kommersiya xeyriyyə təşkilatına məxsusdur.