Bugünlərdə "Vətən" nəşriyyatında yüksək poliqrafik tərtibatla hazırlanmış yeni nəşr - "Zəlimxan Yaqub ədəbi düşüncədə" adlı kitabın 3-cü cildi işıq üzü görüb. Kitabda tanınmış ictimai xadimlər, şair və yazıçılar, elm adamları və ədəbiyyatşünasların - Xalq yazıçıları İsa Muğannanın "Məharət dastanı" və "Tarixi həqiqət və müasir gerçəklik", Anarın "İztirablı yollarla", Sabir Rüstəmxanlının "Böyük ürək sahibi, əsl xalq adamı", akademiklər Budaq Budaqovun "Zəlimxan Yaqubun "Sürgünlə söhbət" poeması haqqında bir neçə söz", Nizami Cəfərovun "Xalq şairi Zəlimxan Yaquba açıq məktub" və "Zəlimxan Yaqub (portret oçerk)", Səlahəddin Xəlilovun "Sazla havalıyam, sözlə diriyəm!", "Zəlimxan Yaqubun "Mövlana" poeması haqqında düşüncələr" və "Şairin özü və sözü" adlı məqalələri, eləcə də professorlar T.Əhmədov, Q.Paşayev, N.Şəmsizadə, İ.Əliyeva və digərlərinin Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığına həsr olunmuş yazıları toplanıb.
Kitabın tərtibçisi və redaktoru Zəlimxan Yaqub irsinin araşdırıcısı Musa Nəbioğludur. Xatırladaq ki, kitabın ilk iki cildi 2009-cu ildə nəşr olunub.
Elşad ÇOBANLI