“Yada düşdü” ədəbi-bədii, nostalji jurnalının bu yaxınlarda işıq üzü görən sayı Bəxtiyar Qaracanın Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş “Həqiqətin böyüyü...” yazısı ilə açılır.
Jurnalın baş redaktoru Nahid Hacızadənin “Yazıçıya yazmaq qalacaq” məqaləsi Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyinə həsr edilib.
Şəfəq Nasir “Yaddaşımı göynədən xatirələr” yazısında babası, jurnalist Məmmədəli Nəsirli ilə bağlı xatirələrini qələmə alıb.
Jurnalda Fikrət Qocanın, Cabir Novruzun, Ötərxan Eltacın şeirləri, Salatın Əhmədlinin “Təndir yarası” hekayəsi də dərc edilib.
Hüseyn Şərqi Soytürk “Daşnaksütyun” və onun quruluşunun ideologiyası”ndan söz açıb.
Jurnalın ənənəvi “Uşaqlar, ay uşaqlar” rubrikasında maraqlı materiallar yer alıb.
Əbülfət Mədətoğlunun “Möcüzə axtaran səyyah” yazısında şair-publisist Sona Vəliyevanın “Arazbarı” kitabı haqqında fikir və mülahizələri öz əksini tapıb.
Firuz Mustafa “Mənim tanıdığım İsmayıl Şıxlı” məqaləsində ustad sənətkarla bağlı xatirələrini bölüşüb.
Nahid Hacızadənin “Nurlu ömür” yazısı şair Teymur Elçinin 90 illiyinə ithaf olunub.
Jurnalda həmçinin Südabə İrəvanlı, Kamil İsmayıl, Təranə Balayeva, Zöhrə Fərəcovanın müəllifi olduğu maraqlı yazılar işıq üzü görüb.
S.ABDULLAYEVA