|
|
|
|
Əsgər intihara cəhd edib.
APA-nın məlumatına görə, hadisə Daxili Qoşunların Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Daşkəsən rayonundan hərbi xidmətə çağırılan, 18 yaşlı Elnur Əvəz oğlu Hacıyev yataqxana binasının 3-cü mərtəbəsindən özünü atıb. Nəticədə ağır xəsarətlər alan əsgər Bakıya gətirilib.
Faktla bağlı araşdırma aparılır.