Bakıda 5-ci mərtəbədən yıxılan şəxs sağ qalıb.
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Elmar Mustafayev yaşadığı mənzilin eyvanından (5-ci mərtəbədən) Rəşad Həşimova məxsus “Kia-Sorento” markalı avtomobilin üstünə yıxılıb. Nəticədə E.Mustafayev xəsarətlə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.