Hazırda xarici banklarda azərbaycanlılara məxsus kifayət qədər vəsait saxlanılır. Milli Məclisdə "Banklar haqqında" Qanuna edilən əlavə və dəyişikliklərdən sonra xarici banklarda əmanəti gizlətmək asan olmayacaq. Qanuna edilən əlavələrə görə, Azərbaycan vətəndaşları xarici banklarda olan hesabları haqqında dövlətə məlumat verməlidirlər.
Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib ki, bu dəyişikliklər ilk növbədə valyuta axınının Azərbaycandan kənara axının qarşısını almaqdır. "Qanunda edilən əlavə və dəyişikliklər isə həmin vəsaitlərin Azərbaycan daxilində istifadə olunmasına hesablanıb".
Deputatın sözlərinə görə, banklar hamısı internet sistemi ilə biri-biri ilə əlaqəli işləyirlər. "Bundan başqa, Mərkəzi Bankın Monitorinq qrupu var ki, o da bu istiqamətdə fəaliyyət göstərir. "Çirkli pullar"ın yuyulması faktlarını aşkarlamaq bu qrup üçün çətin olmayacaq. İndi elə bir vaxtdır ki, heç nə gizli qalmır. Kimin harada nə qədər pulu-vəsaiti var, məlumdur".