https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Biz rəqs edə bilirikmi? - Əlisəfdər Hüseynov yazır
https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Hər şey sülh müqaviləsinə doğru - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-04/309563_a9dpsqeekw.jpg Qarış-qarış Zəfər
search
26 Aprel 2024

“O biletləri alanlar “Qarabağ”ın oyununa buraxılmayacaqlar”

“O biletləri alanlar “Qarabağ”ın oyununa buraxılmayacaqlar”

“Qarabağ” sentyabrın 18-də Avropa Liqasının qrup mərhələsində “Sent-Etyen”lə oyuna bilet satışı ilə əlaqədar azarkeşlərə müraciət edib.

Klubun direktoru Əmrah Çəlikəl Qol.Az saytına açıqlamasına bildirib ki, son günlər Tofiq Bəhramov adına Respublika stadionu yaxınlığındakı “qara bazar”da matça qanunsuz bilet satışı aşkar edilib.

Onun sözlərinə görə, aparılan araşdırma nəticəsində müəyyən olunub ki, dövriyyədə saxta biletlər var və onlar, əsasən, mərkəzi arena yaxınlığında bəzi şəxslər tərəfindən "qara bazar"da satılır:

“Biz azarkeşlərimizə müraciət edərək bildirmək istəyirik ki, “qara bazar”dakı biletlər saxtadır, Bu biletlərlə azarkeşlərin stadiona daxil olmasına imkan verilməyəcək. Çünki oyun zamanı klub tərəfindən də biletlərə nəzarət olacaq. Odur ki,azarkeşlər biletləri ayrı-ayrı şəxslərdən deyil, Tofiq Bəhramov adına stadionunun kassalarından almalıdırlar”.

Ə.Çəlikəl onu da bildirib ki, kassalardan biletlərin kütləvi şəkildə satılmasının qarşısını almaq üçün “Qarabağ” klubunun mühafizə xidmətinin əməkdaşları və polislər kassa yaxınlığında nəzarət həyata keçirirlər.
 
O qeyd edib ki, "qara bazar"da biletləri satışını həyata keçirən şəxslər polislər tərəfindən saxlanılacaq və məsuliyyətə cəlb olunacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.