Bakıda intihar baş verib.
Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində fəaliyyət göstərən “Basfor” çay evində qeydə alınıb. Həmin çay evini icarə əsasında işlədən, 1960-cı il təvəllüdlü Bayram Vəli oğlu Muxtarov özünü asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.