|
|
|
|
Bərdə Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev rayonun Yeni Daşkənd kəndində əhali ilə səyyar qəbul-görüş keçirib.
V.İsayev əsası Bərdənin sosial-iqtisadi inkişafı ilə bağlı rayonun infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Görüşdə əhalini narahat edən problemlər öyrənilib, onların həlli istiqamətində yerindəcə aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.
Tədbirdə iştirak edən Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev sakinlər tərəfindən qaldırılan məsələləri dinləyib, onların həlli istiqamətində təkliflər hazırlanaraq aidiyyəti qurumların qarşısında məsələ qaldırılacağını və lazımi köməklik göstəriləcəyini bildirib.