|
|
|
|
Bu günlərdə gənc şair Elvin Bakiroğlunun “Nə sussan, mənə xoşdu” adlı ikinci şeir kitabı işıq üzü görüb. Kitabda müəllifin son illərdə yazdığı şeirlərlə yanaşı ilk kitabından seçmə şeirlər də yer alıb.
Yanvarın 22-si saat 14:00-da AYB-nin Natəvan klubunda kitabın təqdimat mərasimi keçiriləcək. Maraqlananlar dəvət olunur.