https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Biz rəqs edə bilirikmi? - Əlisəfdər Hüseynov yazır
https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Hər şey sülh müqaviləsinə doğru - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-04/309563_a9dpsqeekw.jpg Qarış-qarış Zəfər
search
26 Aprel 2024

Foqts: “Azərbaycanlı futbolçular elə bilirlər ki...”

Foqts: “Azərbaycanlı futbolçular elə bilirlər ki...”

“Azərbaycan futbolunda inkişaf çox aşağı sürətlə gedir. Uşaq futboluna daha çox diqqət ayrımaq lazımdır ki, gələcəkdə peşəkar futbolçular yetişsin”.

Qol.az-ın məlumatına görə, bunu milli komandamızın sabiq baş məşqçisi Berti Foqts deyib.

İsveçin  “expressen.se” saytı Avropa Liqasının pley-off mərhələsində bu gün keçiriləcək “Qarabağ” – “Göteborq” oyunu öncəsi Azərbaycan futbolu ilə bağlı araşdırma aparıb.

Berti Foqts isə sayta açıqlamasında Azərbaycan futbolunu tənqid edib: “Azərbaycanda futbolçular özlərini çox rahat hiss edirlər. Onlar elə bilirlər ki, hər şeyi bacarırlar. Buna görə də çətin məşqlərə üstünlük vermirlər. Mən belə şeyi sevmirəm.

Deyə bilərəm ki, Azərbaycan futbolunun perspektivi var. Bu barədə nikbin danışmaq olar. Yaxşı stadionları, akademiyaları olan klublar var. Ancaq hər şey infrastrukturla həll olunmur. Azərbaycanda meydançaları boş görəndə əsəbləşirdim”.

Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə millimizi çalışdırıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.