"Azərbaycanda televiziya və radio kanallarının sayı yetərincədir".
Bunu APA-nın Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli yeni telekanalların açılması ilə bağlı quruma müraciətlərin olub-olmadığına dair sualını cavablandırarkən bildirib.
N. Məhərrəmli bildirib ki, yeni telekanalların açılmasına ehtiyac yoxdur:
"Reklam bazarı da yeni telekanalların açılmasına heç imkan vermir".