Rusiyanın Rostov şəhərinin mərkəzi meydanına yaxın ərazidə baş verən yanğın söndürülüb.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 100-dən çox ev yanıb, 1 nəfər ölüb. 500-dən çox evi yanğından xilas etmək mümkün olub. Yanğının kənar amillər səbəbindən baş verdiyi ehtimal edilir.
Qeyd edək ki, yanğın ötən gün yerli vaxtla saat 12:52-də başlayıb. Yanğının söndürülməsində 2 min nəfər iştirak edib. Prosesə 7 ədəd "Mi-8" helikopteri və 2 ədəd "İl-76" və "Be-200" təyyarələri cəlb olunub.