|
|
|
|
Dövlət başçısı yenidən YAP sədri seçilib
Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayında Azərbaycan prezidenti, YAP sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
APA-nın məlumatına görə, qurultay nümayəndələri bu il keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin YAP tərəfindən irəli sürülməsi təklifini yekdilliklə dəstəkləyiblər.
Bundan başqa, İ. Əliyev yenidən YAP sədri seçilib.