Yaxın və uzaq Tiflis: evdə qalıb xatırladığımız yurdlarımız... Qədim Tiflis – çoxsəsli, çoxdilli, çoxdinli, nəğməli və süfrəli, müdrik və comərd şəhər. Və bu cazibəli məkanın Azərbaycan ruhunu əks etdirən Meydan məhəlləsi. Qoca Tiflisin döyünən ürəyi olan Azərbaycan-türk məhəlləsi Meydan!
23.04.20
Jurnalistlər qanvermə aksiyasında iştirak ediblər - Fotolar Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Şuranın İdarə Heyətinin üzvləri, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və jurnalistlər Hemotologiya və Qanköçürmə Elmi-tədqiqat İnstitutunda qan veriblər. Beləliklə media təmsilçiləri ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə miqyasında həyata keçirilən qanvermə aksiyasına dəstəklərini ifadə ediblər.
22.04.20
“Adam sonradan musiqiçi olmur, musiqiçi doğulur” - Müsahibə O, Azərbaycan musiqisini və öz yaradıcılığını dünya brendinə çevirmək iddiasındadır. Söhbət gənc tar ifaçısı İbrahim Babayevdən gedir. Rubrikamızın budəfəki qonağı da odur. İbrahimlə söhbət zamanı bir çox maraqlı məsələlərə toxunduq. Oxusanız, peşman olmazsınız.
22.04.20
"Həkim olmaq istəyirdim, aktrisa oldum" - Müsahibə Karantin günləri sosial şəbəkələrdə əvvəlkindən daha çox vaxt keçirməyimizə rəvac verir. Ötən gün Feysbukda izlədiyim bir video, xüsusilə, diqqətimi çəkdi. Videonun müəllifi, özünəməxsus mimikası və səs tembri olan bədii qiraətçi Sabirə Abdullayeva idi. Elə sosial şəbəkə vasitəsilə də əlaqə qurub müsahibə üçün vaxt təyin etdik.
19.04.20
Mətbuat Şurası QHT Şurası ilə birgə onlayn konfrans keçirdi - Fotolar Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Mətbuat Şurası koronaviris (COVID-19) pandemiyası ilə mübarizədə QHT-media əməkdaşlığının gücləndirilməsinə həsr olunnuş onlayn konfrans keçirib. 18.04.20
Rəşad Məcidin şagirdlərlə virtual görüşü - Fotolar Koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq olunduğu bu günlərdə “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova və Ayaz Məhərrəmov adına 95 nömrəli məktəbin 8-ci sinif şagirdləri arasında onlayn görüş keçirildi. 17.04.20
Eyvanlardan musiqi yayan uğurlu layihə - Şahanə Müşfiq yazır Pandemiya günlərində karantin rejimindəki insanların evdə keçən vaxtlarını səmərəli hala gətirmək, əhvallarını yüksəltmək, onları panikadan, qorxudan uzaq tutmaq məqsədiylə bir-birindən maraqlı layihələr həyata keçirilir. 16.04.20
"Nümunə olmaq gözəldir" - Gülnarə Xəlilova ilə müsahibə Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) Sosial Məsələlər Komissiyasının rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilova pandemiya günlərində də yeniliyə imza atdı. 16.04.20
Nyu-York sakini: "Azərbaycanda vəziyyət buradan qat-qat yaxşıdır" - Müsahibə Nyu-York. Dünyanın ən qüdrətli 2 dövlətindən biri olan ABŞ-ın ən böyük şəhəri. 8 milyondan çox əhalisi olan Nyu-York həm də təkcə ABŞ-ın deyil, dünyanın ən vacib iqtisadi mərkəzlərindən biridir. Böyük şəhərlərə xas olan səs-küylü küçələri, tıxacları ilə göz önünə gələn Nyu-York bu gün sükuta qərq olub. Sanki Çernobılı xatırladır. Səbəb hamıya məlumdur - koronavirus.
15.04.20
"Yaradıcı insan həyatı dopdolu yaşamalıdır" - Müsahibə Bu dəfə müsahibimizi sıfırdan təqdim eləmək fikrimiz yoxdur. Sosial şəbəkələrdə bir dəfə tanınıb, sonra bu məkanı tərk eləsə də, sonradan yenidən geri qayıdıb və əlbəttə, yenə uğur qazanıb. Gənc ifaçı, bəstəçi Nuru Xəlillidən danışacağıq. Görək özü nə deyəcək?
15.04.20
Sosial qayğıya ehtiyacı olan ailələrə sovqat çatdırılıb - Foto Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.
14.04.20
“Təyyarəmiz vətənə enəndə həyəcanlanır və qəhərlənirik” - Müsahibə Avstriyada yaşayan azərbaycanlı musiqiçi Abuzər Manafzadə ölkəmizi dünya arenalarında təmsil edən istedadlı gənclərdəndir. Abuzər bəy karantin günlərində də öz fəaliyyətini dayandırmır və sevənləri ilə onlayn konsertlər vasitəsilə görüşür. Canlı ünsiyyətin məhdudlaşdığı bu günlər biz də onunla onlayn əlaqə yaratdıq.
12.04.20
Pandemiya dönəminin Bakısına fotoqraf baxışı - Sorğu Fotomüxbirlik həm də tarix üçün arxiv yaratmaq işidir. Koronavirus pandemiyasının bütün dünyanı öz cənginə aldığı bu günlərin də gələcək üçün maraqlı və fərqli tarixi hadisə olacağına şübhə yoxdur. 12.04.20
“Sevgi məktubları həmişə almışam, indi də alıram” - Müsahibə Karantin günlərində Azərbaycan televiziyası tarixindəki ilk teleserialın qəhrəmanına çevrilən, "İtkin gəlin"in Əfsanəsi, Xalq artisti Məleykə Əsədova ilə həmsöhbət olduq. Aktrisa bu günlər vaxtını əsasən bədii qiraətlə məşğul olmaqla keçirdiyini bildirdi. Teatr, səhnə üçün darıxan Xalq artisti bu aralar tamaşaçılarına canlı yayım vasitəsilə şeir ziyafətləri verməyi də unutmur. 08.04.20
Açıq Kitabxana fəaliyyətini virtual rejimdə davam etdirir - Foto Respublikada yaranmış vəziyyətlə əlaqədar olaraq Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən Açıq Kitabxana-Sərbəst mütaliə guşəsi fəaliyyətini virtual rejimdə davam etdirir. 01.04.20
Yaddaşlara köçən Zəngəzur hadisələri - Foto “Böyük Ermənistan” yaratmaq xülyasını nəsilbənəsil bir miras kimi ötürən ermənilər bu iddia uğrunda insanlığa və müharibə qaydalarına zidd bütün əməllərə əl atmışlar. 31.03.20
"Sosial şəbəkə istifadəçilərindən bir qədər incimişəm" - Müsahibə Sosial şəbəkələrdə parlayanlar...
Budəfəki həmsöhbətimiz sosial şəbəkələrdə izləyicilərin maraqla qarşıladığı "Ay anam" mahnısının sözlərinin müəllifi, bəstəçisi, gənc ifaçı Ləman Rəhmanlıdır. Amma özü sosial şəbəkələr vasitəsi ilə məşhurlaşsa da, bu məkandan tam razı qalmadığını bildirdi, izləyicilərin göstərdiyi diqqətin az olmasından gileyləndi. Biz narazılığının səbəblərini soruşduq, o cavablandırdı. Oxumaq isə oxucuların öhdəsinə qalır.
29.03.20
Ağcabədidə ahıl və tənha insanlara sosial xidmət - Fotolar Ölkədə elan olunan xüsusi karantin rejimi koronavirus (COVID-19) infeksiyasına yoluxma riski çox olan yaşı 65-i ötmüş vətəndaşların evdən bayıra çıxmalarının qadağan olunmasını nəzərdə tutur. Həmin vətəndaşların xüsusi karantin rejimi dövründə evdə qalmaları onların bu pandemiyadan qorunması üçün vacibdir.
28.03.20
“Sosial şəbəkələr bir az nankordur” - Tarzən Əli Əsgər Məmmədov ilə müsahibə Rubrikamızın budəfəki qonağı Əli Əsgər Məmmədov əvvəlkilərdən həm sənətinə, həm də yaşına görə fərqlənir. Bülbül adına orta ixtisas məktəbində oxuyub. Bakı Musiqi Akademiyasına qəbul olunub. Bir neçə müsabiqələrdə, festivallarda da iştirak edib. 22 ildir Opera və Balet Teatrında orkestr artisti, solisti kimi çalışır. Tarzəndir. İfa etdiyi və sosial şəbəkələrdə paylaşdığı "Qəlb atəşi" mahnısı qısa müddətdə onu əməlli-başlı məşhurlaşdırıb. Qalanını da müsahibəsindən oxuyub bilin.
19.03.20