../img/pics/medium/135303_zi52sdwglv.png DİM Nazirlər Kabinetinin müsabiqədənkənar qəbul qərarını şərh etdi
../img/pics/medium/135301_67uezibahp.jpg Bir məruzənin təəssüratı - Firuzə Nadir
../img/pics/medium/135300_071wfcab4j.jpg Əlvida, ədəbiyyat!.. - Nisə Bəyim yazır
../img/pics/medium/135299_75v6sh84sk.jpg Bu şənbə "525-ci qəzet"də - ANONS
SON XƏBƏRLƏR
24 May 2019

“Judo Club 2012” idman kulubunda Ulu öndərin xatirəsinə həsr olunmuş turnir

“Judo Club 2012” idman kulubunda Ulu öndərin xatirəsinə həsr olunmuş turnir<b style="color:red"></b>

Paytaxtda fəaliyyət göstərən “Judo Club 2012” idman kulubunda ulu öndər Heydər Əliyevin  xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə şəxsi-komanda turniri keçirilib. İki gün davam edən klubdaxili  turnurdə 150-yə qədər idmançı öz qüvvəsini sınayıb.

İdman kulubunun icraçı direktoru, əməkdar məşqçi, cüdo və sambo üzrə SSRİ idman ustası, veteran ustalar arasında beynəlxalq yarışın mükafatçısı Hafis Hacıyev  bu barədə məlumat verərkən deyib: “Ulu öndər Heydər Əliyevin xatirəsi hər birimiz üçün əzizdir.  Dahi rəhbərimiz gənc nəslin həm mənəvi, həm də fiziki cəhətdən sağlam böyüməsinə xüsusi qayğı göstərirdi. Onun yaratdığı ənənələr yaşayır və inkişaf etdirilir. Azərbaycan bu dün dünyada idman ölkəsi kimi tanınır.  Biz də ölkəmizin idman şərəfini layiqincə qoruya biləcək idmançılar yetişdirməyə çalışırıq. Ulu öndərin anım günü ərəfəsində keçirdiyimiz turnirdə məqsədimiz perspektivli yeniyetmə cüdoçuları müəyyənləşdirmək və klubun müxtəlif yaş qrupları üzrə komandalarının tərkibini komplektləşdirmək idi”.

Turnir hərəsində 10 çəki dərəcəsi olmaqla üç yaş qrupu üzrə (2005-2006-cı, 2007-2008-ci və 2009-2011-ci il təvəllüdlü)  keçirilib. Turnir şəxsi-komanda xarakteri daşıdığından idmançılar şərti olaraq 3 komandaya bölünüblər: “Canavarlar”  (məşqçilər Məmməd Məmmədov, Tahir Xəlilov və Vüqar Budaqov), “Şahinlər” (məşqçilər Qeybulla Əliyev, İlham Cəfərov),  “İppon” (məşqçilər Zaur Paşayev, İntiqam Ələkbərov).  Şəxsi yarışların nəticələrinə görə komanda hesabında “Canavarlar” birinci yeri tutublar.

Xatırladaq ki, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, usta veteranlar arasında dəfələrlə dünya və Avropa çempionatlarının qalibi, əməkdar idman ustası Azər Əsgərov rəhbərlik etdiyi “Judo Club 2012”  İctimai Birliyinin nəzdində yaradılmış eyniadlı klub qısa vaxtda respublikamızın idman həyatında öz diqqətlayiq göstəriciləri ilə tanınmağa nail olub. Bu yaxınlarda başa çatmış böyüklər arasında cüdo üzrə respublika birinciliyində klubun üzvləri yüksək nəticələri ilə fərqləniblər.  Komanda hesabında “Judo Club 2012” respublika birinciliyində üçüncü yeri tutub.


 
Bölmənin digər xəbərləri
Erməni idmançılar Bakıda: Erməni idmançılar Bakıda: "Mxitaryan şou"suna cavab
Sabah Bakıda start götürəcək aerobika üzrə Avropa çempionatında erməni idmançılar da mübarizə aparacaq....
24.05.19
Ağdamdan Ankaraya... Ağdamdan Ankaraya...
O, elə bir unikal insandır ki, barəsində danışanda gərək, ümumi sözlərlə kifayətlənməyəsən, mütləq incəliklərə də baş vurasan. 2010-cu ildə telefon danışığımızda deyir: "Sen takımla...
24.05.19
Bakı finalı üçün fantastik bilet qiyməti - 10 mindən 250 minə... Bakı finalı üçün fantastik bilet qiyməti - 10 mindən 250 minə...
İnternetdə, sosial şəbəkələrdə Avropa Liqasının Bakıda keçiriləcək "Çelsi" - "Arsenal" finalı üçün "Skybox" biletlərinin astronomik qiymətə satışı ilə bağlı müxtəlif...
23.05.19
Final oyununa bilet satışı davam edir Final oyununa bilet satışı davam edir
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa bilet satışı davam edir....
23.05.19
"Arsenal" və "Çelsi" Bakıdakı final matçının 6 min biletini geri qaytarır
Avropa Liqasının Bakıda keçiriləcək final matçının iştirakçı komandaları onlara ayrılan biletlərin bir hissəsindən imtina etməyi planlaşdırır. ...
23.05.19
Gürcüstanda danışılmış oyuna görə saxlanılan futbolçulardan 4-ü həbs edildi Gürcüstanda danışılmış oyuna görə saxlanılan futbolçulardan 4-ü həbs edildi
Gürcüstanda danışılmış oyuna görə saxlanılan 11 futbolçulardan 4-ü məhkəmə qərarı ilə həbs edilib. ...
22.05.19
AFFA-dan  Mxitaryanla bağlı açıqlama AFFA-dan Mxitaryanla bağlı açıqlama
AFFA İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrik Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək finalına gəlməməsi ilə bağlı açıqlama yayıb. ...
21.05.19
Mxitaryan Bakıya gəlmir! - “Arsenal”dan rəsmi açıqlama Mxitaryan Bakıya gəlmir! - “Arsenal”dan rəsmi açıqlama
"Arsenal" futbolçusu Henrix Mxitaryanı Avroliqanın Bakıda keçiriləcək finalına gətirib-gətirməyəcəyi ilə bağlı yekun qərarını verib. ...
21.05.19
“Judo Club 2012”nin yetirməsi Avropa kubokunun qalibi oldu “Judo Club 2012”nin yetirməsi Avropa kubokunun qalibi oldu
Mayın 18-19-da Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku yarışları keçirilib. 24 ölkədən 306 (193 oğlan, 113 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan 13 idmançı ilə təmsil olunub. ...
20.05.19
Olimpiya Stadionu Avroliqanın finalına necə hazırlaşır? Olimpiya Stadionu Avroliqanın finalına necə hazırlaşır?
Azərbaycan klubları avrokubokların finalına çıxa bilməsələr də, final özü gəlib bizə çıxıb. ...
17.05.19
Avropanın ən ağır kuboku, 8 milyon mükafat - Bakı finalı Avropanın ən ağır kuboku, 8 milyon mükafat - Bakı finalı
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı bəzi maraqlı incəlikləri açıqlayıb. ...
14.05.19
"Daha çox britaniyalı futbol azarkeşinin Bakıya səyahət edəcəyini gözləyirik"
“Arsenal” və “Çelsi” komandalarını UEFA Avropa Liqasının may ayının 29-da keçiriləcək final oyununa vəsiqə qazanmaları münasibətilə təbrik edirəm”. ...
13.05.19
Dünyaca məşhur karikaturaçıdan Kloppa Dünyaca məşhur karikaturaçıdan Kloppa "sillə" kimi cavab
Məşhur karikatura ustası Omar Momani Yurgen Kloppun Bakıda Avropa Liqası finalı əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirib....
13.05.19
UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır
Son günlər Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mediadakı siyasi müzakirələrdə bir neçə fakt qarşıma çıxmadığı üçün bu məsələyə toxunmalı olacam. Belə görünür ki,...
13.05.19
Zemfira Meftaxətdinova: Zemfira Meftaxətdinova: "Azərbaycan beynəlxalq yarışları keçirməyə qadirdir"
"UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu ərəfəsində anti-Azərbaycan qüvvələrin növbəti dəfə fəallaşaraq ölkəmizə qarşı qarayaxma kampaniyasına başlaması təsadüfi...
13.05.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.