https://525.az/img/pics/medium/2024-05/312916_nxmkeus5vg.jpg “525-ci qəzet”in 8 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-05/312904_in59prssad.jpg Musiqi mədəniyyətimizin unudulmaz nümayəndəsi
https://525.az/img/pics/medium/2023-02/257825_fkw0ywfftr.jpg Fəhləlikdən elmin zirvəsinə doğru
https://525.az/img/pics/medium/2023-05/266810_fkv2yyen6x.jpg Mətbuat tariximizin tədqiqinə dəyərli töhfə - Nəsiman Yaqublu yazır
search
7 May 2024
20:39

"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq

"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq

"Liverpul" yaxın 48 saat ərzində Arne Slotun baş məşqçi təyin olunduğunu rəsmən açıqlayacaq.

QOL.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Mersisaydlılar 45 yaşlı mütəxəssisin hazırkı klubu "Feyenoord"a müqaviləni vaxtından əvvəl ləğv etməsi üçün təxminən 13 milyon funt-sterlinq ödəyəcək.

Daha əvvəl niderlandlı mütəxəssisin "Liverpul"un baş məşqçisi vəzifəsinə əsas namizəd olduğu barədə məlumat yayılmışd. Bu ilin yanvarında isə "Liverpul"un hazırkı baş məşqçisi Yurgen Klopp cari mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı. 

Qeyd edək ki, Slot 2021-ci ildən "Feyenoord"un baş məşqçisidir. Onun komandası 30 oyundan sonra Niderland çempionatında lider PSV-dən 12 xal geri qalaraq 2-ci pillədə qərarlaşır.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.