https://525.az/img/pics/medium/2024-05/314257_o07pfhxa80.jpg Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
search
19 May 2024
18 May 2024

"Səbail"in legioneri səhvi hakimdə yox, özlərində görür

"Səbail"in legioneri səhvi hakimdə yox, özlərində görür

"Səbail"in futbolçusu Aleksandr Ramalinqom Misli Premyer Liqasının 33-cü turunda evdə "Qəbələ"yə 2:3 hesabı ilə məğlub olduqları görüşdən sonra QOL.az saytına açıqlama verib. 

O, əvvəlcə oyun haqda təəssüratlarını bölüşüb: “Biz qələbə qazanacağımızı düşünürdük, amma məğlub olduq. Səhvimiz də bunda oldu. Oyun artıq bitdi və biz qarşıdaki matça köklənməliyik. Bunu etmək çətin olacaq. Çünki biz bu gün çox istəyirdik ki, qələbə qazanaq. Amma pozitiv nəticələr olmadı”. 

31 yaşlı madaqaskarlı hücumçu məğlubiyyətin nə ilə bağlı olduğunu bilmədiyini qeyd edib: “Onlar 3 qol vurdular, biz 2. Bundan sonra daha az qol buraxmalı, daha çoxunu vurmağımız lazımdır ”. 

O, matçda hakim qərarları ilə razı qaldığını bildirib: “Penalti zərbələri barədə deyə bilmərəm. Bu gün hakimlə bağlı elə də problem görmədim. Bəlkə də, hansısa səhvləri olub. Amma məğlubiyyətimiz onun deyil, bizim səhvimizdir”. 

Sonda A. Ramalinqom transfer planlarının olmadığını qeyd edib: “Mən “Səbail”dəyəm və buna, Azərbaycanda olduğuma görə xoşbəxtəm. Ona görə bu barədə heç bir plan yoxdur”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.