Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı "Boko Haram"ın yerləşdirdiyi minanın partlaması nəticəsində 7 mülki vətəndaş həyatını itirib.
525.az xəbər verir ki, Borno əyalətinin Maiduquri-Dikva-Qamboru Nqala avtomobil yoluna qoyulan mina sərnişinləri daşıyan avtobus keçərkən partlayıb. Partlayış nəticəsində 7 mülki vətəndaş həyatını itirib, çox sayda insan isə yaralanıb.
Qeyd edək ki, təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.
Məhəmməd Tağıyev