ABŞ-nin Texas ştatında leysan yağışların səbəb olduğu sel nəticəsində bir uşaq ölüb.
525.az xəbər verir ki, Texasda yağan yağış və tufan daşqınlara səbəb olub. Johnson County Fövqəladə Hallar İdarəsindən verilən açıqlamada 4 yaşlı uşağın olduğu avtomobilin sel sularına tutulması nəticəsində boğularaq öldüyü bildirilib. Avtomobildən xilas edilən 2 nəfər isə xəstəxanaya aparılıb.
Milli Meteoroloji Xidmətin məlumatına görə, ötən gecə Texasın mərkəzindən şimalda Dallas-Fort Uort şəhərinə qədər uzanan bölgədə 6-8 saat ərzində yağış yağıb.
Məhəmməd Tağıyev