ABŞ-nin mərkəzi bölgələrinə təsir edən şiddətli fırtına ilə əlaqədar xəbərdarlıqlar və bir çox bölgədə fövqəladə vəziyyət elan edilib.
525.az xəbər verir ki, fırtına ABŞ-nin mərkəzi hissələrində səhər saatlarında təsirli olub. Belə ki, əlverişsiz hava nəticəsində Oklahoma ştatında 1 nəfər ölüb, çox sayda insan yaralanıb.
Fırtınanın intensivliyinin artma səbəbilə Milli Hava Xidməti Osage County və Washington County üçün fövqəladə vəziyyət elan edib. Bu ərazilərdə tornadoların dağıdıcı fəsadlar törədə biləcəyi və insan həyatı üçün ciddi təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, kabellərə dəyən ziyan nəticəsində bəzi qəsəbələrdə elektrik enerjisi tamamilə kəsilib.
Məhəmməd Tağıyev