Çinin cənub-qərbindəki Yunnan əyalətində xəstəxanaya bıçaqlı hücum nəticəsində 10-dan çox insan həyatını itirib.
525.az xəbər verir ki, hücum Yunnan əyalətinin Jinxiong Rayon Xalq Xəstəxanasında həyata keçirilib. Yerli hakimiyyət orqanları hücumda 10-dan çox adamın öldüyünü bildirib və hücum edənin saxlanıldığını, hadisə ilə bağlı istintaqın davam etdiyini vurğulayıb.
Qeyd edək ki, rəsmilər hücumda 23 nəfərin yaralandığını açıqlayıb.
Məhəmməd Tağıyev