İtaliyanın Siciliya adasındakı Casteldaccia qəsəbəsində kanalizasiya şəbəkəsində işləyən 5 işçi qaldırıcı çənindəki qazdan zəhərlənərək ölüb.
525.az xəbər verir ki, Palermo şəhəri yaxınlığındakı Casteldaccia bölgəsində baş verən iş qəzasında 5 işçinin həyatını itirdiyi, 1 işçinin isə reanimasiyaya aparıldığı bildirilib. Xəsarət alan işçinin vəziyyətinin ağır olduğu vurğulanıb.
Özəl şirkətdə işlədikləri bildirilən işçilər kanalizasiya şəbəkəsindəki çuxura enərkən qaldırıcı çənindəki qazdan zəhərlənib və bir daha çölə çıxa bilməyiblər.
Son zamanlar iş qəzalarının tez-tez gündəmdə olduğu və həmkarlar ittifaqlarının hökuməti tədbir görməyə çağırdığı İtaliyada keçən il iş qəzalarında 1041 nəfər həyatını itirib.
Məhəmməd Tağıyev