Amerikalı milyarder İlon Mask Argentina Prezidenti Xavyer Mili ilə görüşüb.
525.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
Danışıqlar zamanı amerikalı sahibkarın Argentinadakı litium yataqlarına investisiya yatırması imkanları müzakirə olunub.
Xatırladaq ki, 2023-cü ilin dekabr ayının sonunda Miley Maskın Argentina litiumuna maraq göstərdiyini deyib.
Havar Şəfiyeva