Fələstinin HƏMAS hərəkatı 33 israilli girovun 42 gün ərzində üç mərhələdə azad edilməsinə razılıq verib.
525.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hərəkat 33 israilli məhbusu azad edəcək.
Bildirilib ki, bunlar; qadınlar, uşaqlar, 50 yaşdan yuxarı qocalar və xəstələr ola bilər.
Qeyd edək ki, HƏMAS daha əvvəl Qəzzanın cənubundakı Rəfah şəhərində İsrail Müdafiə Qüvvələrinin yeni quru əməliyyatına başlamasının qarşısını almaq üçün ABŞ-nin zəmanəti müqabilində 33 israilli girovu azad etməyə icazə verib. HƏMAS nümayəndəsi dəqiqləşdirib ki, müvafiq zəmanətlər Misir və Qətər vasitəçiləri vasitəsilə alınıb.
Havar Şəfiyeva