Fransanın şimalındakı Şerburq-en-Kotentin şəhərində məscidin qarşısındakı 9 avtomobil yanıb.
525.az xarici KİV-ə istinadən bildirir ki, Kanal Qubernatorluğuna bağlı Şerburq-en-Kotentin şəhərində məscidin qarşısında park edilmiş avtomobillərdən birində başlayan yanğın qısa zamanda ətrafdakı digər 8 avtomobilə də keçib.
20-yə yaxın avtomobilin olduğu ərazidə baş verən yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb.
Səlahiyyətlilər bildiriblər ki, yanğının səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, aprelin əvvəlində həmin məscidin giriş qapısında ov tüfəngindən atəş açılıb, 2023-cü ilin noyabrında divarına hədələyici ifadələr yazılıb.
Malik Atilay