../img/pics/medium/177868_7nzwgln1bo.jpg Alban məbədlərinin ermənilərlə heç bir əlaqəsi yoxdur - Şərh
../img/pics/medium/177863_amf9gf6p59.jpg İsa Həbibbəyli Beynəlxalq konfransda çıxış etdi
../img/pics/medium/177859_2vrox111a4.jpeg Kəlbəcərin Yanşaq kəndi - Video
../img/pics/medium/177862_bocyaamzir.jpeg Aqıl Abbasın rəqsi - Orxan Aras yazır
5 Dekabr 2020
4 Dekabr 2020

Silahlı Qüvvələrin Yardım Fonduna dəstək üçün virtual sərgi

Silahlı Qüvvələrin Yardım Fonduna dəstək üçün virtual sərgi <b style="color:red"></b>

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna dəstək məqsədilə Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı və sənətsevərlərin dəstəyi ilə satış sərgisi təşkil olunub.

Satışdan əldə olunan bütün vəsaitin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna köçürülməsi nəzərdə tutulub. Rəsm əsərlərinin qiyməti simvolik olaraq 50, 100, 150, 200, 250 AZN dəyərində qiymətləndirilib.

Sərgi xoş əhval-ruhiyyə bəxş edən, o cümlədən, Qarabağ və Qələbə əhval-ruhiyyəsində yaradılmış rəsm əsərlərindən ibarətdir. Rəsm əsərlərinin alıcıları əsərləri bu möhtəşəm günlərimizdən xatirə kimi öz divarlarından asacaq, ödəniş isə birbaşa Fonda ediləcək.

Azərbaycan Rəssamlarının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna dəstək məqsədilə satış sərgisi www.artgift.az incəsənət əsərlərinin satış portalı vasitəsilə yayımlanır.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

Bölmənin digər xəbərləri
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.