"Qələm Rüstəmi" - "ümid körpüsü" - Gövhər Baxşəliyeva professor Rüstəm Əliyevi anır Görkəmli Azərbaycan alimi, Əməkdar elm xadimi, dünya şöhrətli şərqşünas, fılologiya elmləri doktoru, professor, Harvard Universitetinin fəxri professoru, məşhur ictimai xadim Rüstəm Musa oğlu Əliyev Azərbaycan xalqının elm və mədəniyyət tarixində tək-tək parlayan zəkalardan idi. 03.07.19
"Mürtəce" Azərbaycan romantikləri Sosrealizm ədəbiyyatşünaslığı uzun müddət Azərbaycan romantizmini iki yerə - mütərəqqi və mürtəcelərə bölərək ikinciləri burjuaziya ilə bağlamış, adlarını çəkmiş, lakin yaradıcılıqları haqqında geniş məlumat verməmişdir. Bu romantiklərin içərisində Əbdülxalıq Cənnəti, Ağadadaş Müniri, Əliabbas Müznib, İbrahim Tahir Musayev, Əhməd Kamal, İsmayıl Səfa, Seyid Zərgər kimi şairlərin yaradıcılığının ideya və forma cəhətdən ədəbiyyata yenilik gətirmədikləri iddia olunurdu. Lakin zaman keçdikcə bu şairlərin hər biri öz fərdi üslubları, mövzu və problematikaları baxımından ədəbiyyatımızın faktlarından olduğu aydın oldu.
01.07.19
Yazıçı öncəgörməsi və ya 31 il gecikmiş məktub Hörmətli Şəfəq Nasir! Çox təəssüf edirəm ki, zamanında, vaxtında yazılmalı olan, dövrünə görə ədəbi meydanda olanların əvəzindən bu məktubu sizə az qala bir qərinəyə qədər ötmüş zamandan sonra yazıram. 30.06.19
Emir Kusturitsa: "Savadlı adam yoxa çıxıb" - Pərvinin təqdimatında Bugünlərdə saytlar serb rejissoru Emir Kusturitsanın Belqrad Kitab yarmarkasındakı çıxışını yaydı... Elə adı ilə ürəyimdən tikan çıxaran mətni dəfələrlə oxudum və bir növ böyük sənətkarın həyəcan təbili kimi dəyərləndirdim.
29.06.19
"Anar - 80... Şəxsiyyətin tarixi"ndən oxunan həqiqətlər - Şəhla Aslan yazır Keçmiş Sovet dönəmində çəkilən filmlərin əksəriyyəti çox dəyərli və baxımlı idi. Onların içərisində "Qruzinfilm" studiyasının təqdim etdiyi nümunələrin geniş tamaşaçı auditoriyasında xüsusi hörməti və yeri var idi. Filmlərdəki rejissor ustalığı adamı valeh edirdi. 28.06.19
Üsyankar tələbənin düşündürən esseləri - Rəşad Məcid yazır Bu yaxınlarda "Qanun" Nəşrlər Evində gənc yazıçı Türkan Turanın "O" esselər kitabı çapdan çıxıb. Kitabda müəllifin son bir il ərzində "525-ci qəzet"də dərc olunan esseləri toplanıb. Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid kitaba ön söz yazıb.
22.06.19
Şlaqbaumlu yol - İsfəndiyar Vahabzadənin hekayəsi ... Əlbəttə, onu da başa düşmək lazımdır, o da tək qaldı. Onun da həyatı puç oldu, özü öz həyatını məhv etdi. Puç oldu getdi. Bəs sabah nə olacaq? Sonrakı illər necə olacaq? Biz niyə bir yerdə ola bilmədik? Yəni mən doğrudanmı bu qədər pis adamam? Niyə dil tapa bilmədik? Axı, mən ondan ötrü dəli idim. Eh... Elə indi də dəlisiyəm. O da məndən ötrü dəlidir. Axı, mən hər güzəştə getmişdim.
21.06.19
"Şəhrizadın... tarzən Ramiz Quliyev nağılı" Böyük sənətkarlar haqqında fikirləri layiq olan səviyyədə, orijinal tərzdə qələmə almaq özü böyük ustalıq və istedad tələb edir. 20.06.19
Nəsimi obrazı musiqi, incəsənət və bədii ədəbiyyatda - Qəzənfər Paşayev yazır Nəsimi yaradıcılığı XV əsrdən etibarən türkdilli ədəbiyyata qüvvətli təsir etmişdir. Türk şairi Rəfii "Bəşarətnamə" əsərində Nəsimini özünün ustadı və müəllimi adlandırmış, ona dərin məhəbbətini bildirmişdir. Özbək şairi Əsiri və türkmən şairi Əndəlib ona poemalar həsr etmişlər.
17.06.19
Qələmsiz yazılanlar - Rəşad Məciddən sms-esselər Mənim Balaxanım nənəm bəy qızı idi. Yaşı 100-ə yaxınlaşırdı. Son bir ayacan özündəydi, yaddaşı yerindəydi. Keçmişdən danışmağı çox sevərdi. Acılar çəksə də, ailə üzvləri, qardaşı "kulak" adıyla güllələnsə də, çox vaxt Sovetin namını verməzdi, "Qayda-qanun gətirmişdilər" - deyərdi. 15.06.19
Məhəbbətlə yaşanan təkrarsız sənətkar ömrü - Fotolar Bu yaxınlarda Fransanın paytaxtı Parisdə, şəhərin simvolu sayılan Eyfel qülləsinin qoynunda yerləşən möhtəşəm Azərbaycan Mədəniyyət Mərkəzində ilk qadın bəstəkarlarımızdan biri - Ədilə Hüseynzadənin əsərlərindən ibarət konsert keçirildi. Konsert tariximizin əlamətdar səhifəsi - qadınlara səsvermə hüququ verilməsinin 100 illiyinə həsr olunmuşdu. Bu musiqi gecəsi Azərbaycanın Fransadakı Səfirliyi, Azərbaycanın Dostları Assosiasiyası və Parisdəki "Azərbaycan Evi" tərəfindən təşkil edilmişdi.
14.06.19
Sadəcə Bülbül - Əlisəfdər Hüseynov yazır Əgər Azərbaycan xalqının ruhunu öz səsində yaşadan vokalçıların müsabiqəsi keçirilsəydi, o müsabiqənin qeyd-şərtsiz qalibi heç şübhəsiz ki, Bülbül olardı. 13.06.19
Qələmsiz yazılanlar - Rəşad Məciddən sms-esselər Özüm də bilmirəm, bu yazılar nədir və onları necə adlandırım? Qələmsiz yazıldıqları həqiqətdir. Bir yaxın adama, bəlkə, gələcək kitabımın redaktoruna göndərilib. Amma hansı niyyətlə? Bəlkə, bir romanın eskizləri, parçalarıdır bunlar? Bəlkə, bir az bioqrafik, özümlə bağlı düşüncələrdir? 12.06.19
“Nəsimi qəzəl müsabiqəsi” başa çatdı - Fotolar Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” layihəsi çərçivəsində keçirilən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Nəsimi qəzəl müsabiqəsi”nin final mərhələsinə yekun vurulub. 11.06.19
Sözün önündə və ya ön söz - Sona Vəliyeva yazır Azərbaycan publisistikasında öz dəsti-xətti ilə seçilən Flora Xəlilzadə müxtəlif mövzular qalereyası yaradan, zəngin yaradıcılığı ilə hər zaman imzası oxucular tərəfindən izlənilən və sevilən ziyalılarımızdandır. 10.06.19
Məni bağışla deyirəm, yaxşımı?.. - Teymur Bünyadov Xalqımız əsrlər boyu 50-dən çox peşə-sənət növü yaradıb və yaşadıb. Hərəsinin də öz yeri, məqsədi, vəzifəsi. Lakin onların arasında ucadan uca, əlçatmaz olan müəllimlik sənətidir. Əzəli, əbədi müəllimlik sənəti. Xalqımızın inkişafında xüsusi yeri olan müəllimlik sənəti. İşıq saçan, nur paylayan müəllimlik sənəti. 09.06.19
Varislər - Pərvin yazır Hamının yuvaya ehtiyacı var. Allah bütün canlıları üçün sığınacaq da yaradıb. Gizlənməyə bir künc, daldalanmağa bucaq verib. Soyuqdan qoruyan odu bəxş edib, yanına çörək və su qoyub. Əslində, yaşamaqçün bundan artığına ehtiyac da yoxdu. İsti bir yuvan, yeməyə çörəyin, içməyə suyun varsa, bəsindi. 08.06.19
Sabahlarımızda yaşayan Qara Qarayev - Əlisəfdər Hüseynov yazır O, XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi dahilərdən biridir və bəlkə də dünyada birinci bəstəkardır ki, tabutu son mənzilə başqa bir dahinin - siyasət dünyasının təkrarsız maestrosu Heydər Əliyevin çiyinləri üzərində getdi.
07.06.19
Qələmsiz yazılanlar - Rəşad Məciddən sms-esselər Özüm də bilmirəm, bu yazılar nədir və onları necə adlandırım? Qələmsiz yazıldıqları həqiqətdir. Bir yaxın adama, bəlkə, gələcək kitabımın redaktoruna göndərilib. Amma hansı niyyətlə? Bəlkə, bir romanın eskizləri, parçalarıdır bunlar? Bəlkə, bir az bioqrafik, özümlə bağlı düşüncələrdir? 05.06.19
Afaq Məsud Vladimir Poznerə məktub ünvanlayıb Tanınmış Azərbaycan yazıçısı Afaq Məsud, Ermənistan İctimai Televiziyasında azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlərə görə Rusiya teleaparıcısı Vladimir Poznerə məktub ünvanlayıb.
02.06.19
Qu quşu nəğməsi - Pərvin yazır Qu quşları oxuya bilmirlərmiş... Səssiz quş imiş Qu... Gözəllik səssiz olar da... Gözəllik qışqır-bağır salmaz ki. Arxayın olduğu üçün sakit durar, geriyə çəkilər, qaçar hər şeydən, hamıdan, hərdən dağ başına da qoyar özünü. Ordan, yuxarıdan baxar qarışqa kimi görünən yerə, yer cisimlərinə, yer canlılarına, ya da elə-belə yerlilərə... Ancaq özünəbənzər nə isə görəndə enər aşağılara. Bəs yuxarıdan çırpılmaq qorxusu varmı? Əlbəttə var, həmişə var... Amma hər şey ağılla idarə olunursa, qorxmağa dəyməz... Qu quşu təbiətdə "ağıl"la gözəlliyin vəhdətidir, məncə... 01.06.19
Türk dillərinin müqayisəli tədqiqinə töhfə - Möhsün Nağısoylu yazır Azərbaycan türk dilləri sistemində inkişaf edərək həmin sistem içərisində öz əlaqələrini daha geniş sahələr üzrə bərpa etməkdədir. Bu, türk dünyasının bərləşməsinin bir yönüdür, dil-linqvistik hadisəsi və tərəfidir. "Bir çox özünəməxsus xüsusiyyətlər qrammatik kateqoriyaların dəyərliklərində özünü göstərir. Bəzi məqamlarda türk dilləri birləşə bilir" (akademik Kamal Abdullayev). 31.05.19