Səhiyyəmizin Sonası Tibb aləmində çalışanlar yəqin ki, Hippokratın “Gözəl davranış haqqında” əsərini yaxşı xatırlayırlar. Həkimlik sənətini insana sevgi əxlaqından ayırmayan Hippokrat yazırdı: “İnsana sevgi olan yerdə sənətə də məhəbbət var”. 09.08.19
"İki dollara aldığım kitab, sən demə, qiymətsiz bir xəzinə imiş" - Fotolar Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin dəstəyiylə Bayburt şəhərinə - 25-ci Bayburt Dədə Qorqud festivalına gedərkən son aylarda Türk ədəbiyyatı gündəmini məşğul edən "Kitabi-Dədə Qorqud"un yeni nüsxəsinə də yer veriləcəyini təxmin edirdim. Hətta yeni nüsxənin sahibi Vəli Məhəmməd Xocanın da dəvətli olacağı gözlənilən hadisə idi. 07.08.19
Azərbaycan ədəbiyyatında Məmməd Səid Ordubadi imzası - Şahanə Müşfiqin yazısı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir, şair, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, böyük ictimai Məmməd Səid Ordubadi çoxşaxəli fəaliyyəti, zəhmətkeşliyi və novatorluğu ilə təkcə ədəbiyyat deyil, ümummədəniyyət tariximizə öz imzasını qızıl hərflərlə yazmış sənətkarlardandır. 05.08.19
Yollar yorğunu - Pərvindən yeni hekayə Nədisə satmaqla heç aram yoxdu... Nə adam satmaq, nə də əşya, ev, maşın. Vallah bəlkə satardım e, amma alan olmayacaq axı məndən. 03.08.19
Qıymayın kəpənək qanadlarına... - Əlisəfdər Hüseynov Mirzə Babayevdən yazır 27 il əvvəl yazdığım bu yazının əlyazmasını öz mənzilimdəcə itirmişdim: hansa kitabın içinə, hansı kağızların arasına qoymuşdum - yada sala bilmirdim ki, bilmirdim. Bu günlərdə xoş bir təsadüf nəticəsində axır ki, 27 illik nigarançılığa son qoyuldu: yazıldığı kağızlar sapsarı caralmış yazı özü məni tapdı. Yaxşı ki, ötən illər onun ruhunu saralda biməmişdi. Elə bunu nəzərə alıb onu oxuculara təqdim edirəm. 01.08.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150 1898-ci ildə Çində ölkəni öz aralarında nüfuz dairələrinə bölmək istəyən ABŞ və Avropa müstəmləkəçilərinə qarşı etiraz hərəkatı geniş vüsət almışdı. 29.07.19
Adaşım... Yaşıdım... - Pərvin yazır Sokrat hələ eradan əvvəl V əsrdə "Onu bilirəm ki, heç nə bilmirəm" - deyəndə bəsitlikdə, qeyri-səmimilikdə günahlandırılırmış. 27.07.19
Bakı lift idarəsinin oyunları... - Elçin Hüseynbəylinin yazısı Xırdaçılığı sevmirəm. Amma elə məsələlər var ki, özümü, ətrafımı, qonşuları incidəndə biganə qala bilmirəm. Məsələnin o biri tərəfi də var: bəs mən, yəni qələm adamları bu problemdən yazmasa, kim yazacaq. İctimai nəzarət daha çox qələm adamlarından asılıdır, eləmi dostlar? Dövlətimiz də, rəhbərimiz də bunu istəyir və dəfələrlə bunu mətbuata bəyan edib. 26.07.19
Qırx il öncənin heyrəti - Rəşad Məcid yazır Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə "Qanun" Nəşrlər evində müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Əli Kərimin (1931-1969) əsasən məşhur şeirlərinin toplandığı "Metronun yaylı qapıları" adlı kitabı çapdan çıxıb. 24.07.19
Ağdama qədər - Elşən Əliyev Rəşad Məciddən yazır "Vektor" Beynəlxalq Nəşrlər Evinin təsisçisi, professor Elçin İsgəndərzadənin təşəbbüsü ilə bu günlərdə "Vektor" nəşriyyatınında Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru, şair, nasir Rəşad Məcidə həsr olunmuş, müxtəlif illərdə qələmə alınmış məqalə, eeese və şeirlərin toplandığı "Xasiyyət xoşbəxti" adlı kitab işıq üzü görüb.
22.07.19
Əlibalanın şeirləri - Xalq yazıçısı Elçinin təqdimatında Hələ imzaları mətbuatda tanınmayan gənclərin, o cümlədən də Əlibalanın, mənə göndərdikləri şeirlərin böyük əksəriyyəti kədərdən, tənhalıqdan bəhs edir və mənə elə gəlir ki, bu - yalnız sosial hadisə deyil, bəlkə daha artıq dərəcədə sənət hadisəsidir.
22.07.19
Kəfənpulu - Pərvindən yeni hekayə Yerindən qalxan kimi birinci işi təqvimə göz yetirməkdi. İl girəndən iş otağının divarından yekə və dəbdəbəli birini asmışdı. Aybaay səhifələri çevirdikcə tərəziyə də çıxırdı, çəkisi sürətlə düşürdü, zəifləyirdi, dizləri ağrıyırdı. 20.07.19
Arif Əmrahoğlusuz beş il O gün - ağrılı-acılı bir gün, onu itirdiyimiz gün. 2014-cü il iyulun 19-u... Həmişə yeri görünən, anılan, yaddaşlara ancaq və ancaq "Dəyərli Ziyalı, Xeyirxah İnsan, Yaxşı Müəllim" kimi hopan Arif Əmrahoğlu. 19.07.19
Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri Tovuzdan uğur qazanan çoxlu dostlarım, tanışlarım, uzaqdan müşahidə etdiyim insanlar var. Sadə bir ailə tanıyıram lap yaxından - bütün günü hamılıqla arı kimi yorulmadan çalışırlar. 18.07.19
Eyni duyğuları paylaşanda... - Müsahibə Türkiyəli yazıçı və tərcüməçi Ülkü Taşlıovanın imzasını Avrasiya Yazarlar Birliyinin mətbu orqanı olan "Qardaş qələmlər" dərgisindən tanımışam. 17.07.19
Başlanğıc - Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinə Azərbaycan Respublikasının Siyasi partiyalar və ictimai hərəkatlar dövlət arxivində, Azərbaycan KP MK-nın respub-likanın partiya təşkilatı tarixində ən yığcam yığıncaqlarından biri olan XVI plenumunun stenoqramı mühafizə olunur. 15.07.19
Piqmalion - Pərvindən yeni hekayə Qədim yunan əfsanəsinə görə, heykəltəraş Piqmalion özü yonduğu heykələ, Qalateyaya aşiq olur... 13.07.19
Yol işarəsi - İsfəndiyar Vahabzadədən yeni hekayə Gözlərimi atama dikib kirimişcə ona qulaq asır və fikirləşirdim ki, bu dünyada ən gözəl iş elə məsləhət vermək, ən əzablı iş isə sənə sərf etməyən məsləhətlərə qulaq asmaqdır. 12.07.19
Əlimərdan bəy Topçubaşov və azərbaycançılıq məfkurəsi - Sona Vəliyeva yazır XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan xalqının istiqlal məfkurəsinin daşıyıcılarından olan Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyəti haqqında əksər tədqiqat materialı hər dəfə yeni faktların üzə çıxmasına şərait yaradır. 10.07.19
Azar "Hazard" deyil!.. - Şakir Yaqubov yazır Göz gördüyünü çağırar. Məndə belə yalançı təsəvvür yaranıb ki, dövlət səviyyəsində hər hansı bir məsələ barədə düzgün qərar qəbul edildikdən sonra icraçılar həmin qərarı yerinə yetirmək əvəzinə tələb edilənin əksinə hərəkət edirlər. 09.07.19
"Mürtəce" Azərbaycan romantikləri - Timuçin Əfəndiyevin yazısı Sosrealizm ədəbiyyatşünaslığı uzun müddət Azərbaycan romantizmini iki yerə - mütərəqqi və mürtəcelərə bölərək ikinciləri burjuaziya ilə bağlamış, adlarını çəkmiş, lakin yaradıcılıqları haqqında geniş məlumat verməmişdir. 08.07.19
Xəyanət - Pərvindən yeni hekayə Şərab yuxulatmışdı onu... Ayılanda dili-ağzı qurumuşdu, dodağında xoşagəlməz tam vardı... Əvvəlcə harda, kimlə olduğunu kəsdirə bilmədi. Hövlnak atdı üstündən adyalı, böyrü üstə çevriləndə cod, yanıq saçlara toxundu əli, əti ürpəşdi, ayıldı elə bil, şərabın da təsiri keçib-getdi... 06.07.19
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri" Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli daim xarici siyasətimizin prioritetini təşkil edib. İşğalçı ölkənin başqa dövlətlərin əraziləri hesabına "böyük Ermənistan" yaratmaq xülyası Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ problemi regional məsələ olmaqla yanaşı, bu gün dünya siyasətinə təsir göstərən amillərdən birinə çevrilib. 05.07.19
"Qələm Rüstəmi" - "ümid körpüsü" - Gövhər Baxşəliyeva professor Rüstəm Əliyevi anır Görkəmli Azərbaycan alimi, Əməkdar elm xadimi, dünya şöhrətli şərqşünas, fılologiya elmləri doktoru, professor, Harvard Universitetinin fəxri professoru, məşhur ictimai xadim Rüstəm Musa oğlu Əliyev Azərbaycan xalqının elm və mədəniyyət tarixində tək-tək parlayan zəkalardan idi. 03.07.19
"Mürtəce" Azərbaycan romantikləri Sosrealizm ədəbiyyatşünaslığı uzun müddət Azərbaycan romantizmini iki yerə - mütərəqqi və mürtəcelərə bölərək ikinciləri burjuaziya ilə bağlamış, adlarını çəkmiş, lakin yaradıcılıqları haqqında geniş məlumat verməmişdir. Bu romantiklərin içərisində Əbdülxalıq Cənnəti, Ağadadaş Müniri, Əliabbas Müznib, İbrahim Tahir Musayev, Əhməd Kamal, İsmayıl Səfa, Seyid Zərgər kimi şairlərin yaradıcılığının ideya və forma cəhətdən ədəbiyyata yenilik gətirmədikləri iddia olunurdu. Lakin zaman keçdikcə bu şairlərin hər biri öz fərdi üslubları, mövzu və problematikaları baxımından ədəbiyyatımızın faktlarından olduğu aydın oldu.
01.07.19