|
|
|
|
ABŞ-nin Oklahoma və Ayova ştatlarında tornadolar nəticəsində ölənlərin sayı 5-ə yüksəlib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Hughes County Fövqəladə Səhiyyə Xidmətinin verdiyi açıqlamaya görə, Oklahoma ştatında biri uşaq olmaqla 4 nəfər, Ayova ştatında isə bir nəfər tornado səbəbindən həyatını itirib.
Ayova və Oklahoma ştatlarında ölənlərin sayı 5-ə yüksəlib.
Zərərdən sonra təmizlik işlərinə başlanılan Oklahoma ştatında xəstəxanalarda təxminən 100 yaralı var.
Tornadoların təsirlərinin sıx şəkildə hiss olunduğu Oklahoma Sitidən cənubda 5 minə yaxın əhalisi olan Sulphur şəhərində təxminən 30 nəfər yaralanıb.
Bundan başqa, Oklahomada baş verən və ölkənin cənubundakı Holdenvil qəsəbəsini vuran tornadolar nəticəsində 2 nəfərin öldüyü açıqlanıb.
Malik Atilay