İtaliyanın Milan şəhərində 1 May İşçi Bayramı münasibəti ilə keçirilən yürüşdə Fələstinə dəstək nümayişi yaşanarkən, nümayişçilər Qəzzada atəşkəsə çağırıb.
525.az xəbər verir ki, şiddətli yağışa baxmayaraq, Milanda Porta Veneziadan başlayan birlik yürüşünə əllərində Fələstin bayraqları ilə çox sayda tərəfdar qatılıb.
1 May yürüşünə "Qəzzada soyqırımı dayandırın" çağırışı ilə qatılan fələstinli tərəfdarlar tez-tez "Fələstin azadlığı", "Terrorçu İsrail" kimi şüarlar səsləndirib.
Qeyd edək ki, Venesiyanın Margera bölgəsində də Fələstinə dəstək nümayişi keçirilib.
Məhəmməd Tağıyev