|
|
|
|
Ukrayna Prezidenti Vladimir Zelenski "X" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Norveç hökuməti Kiyevə 600 milyon dollar məbləğində yeni yardım edəcək.
525.az bu barədə "Lenta.ru"ya istinadən xəbər verir.
“Mən bu il Ukraynaya dəstəyi 600 milyon dollar artırmaq qərarına görə Baş nazir Jonas Gahr Storesa başda olmaqla Norveç hökumətinə minnətdaram”, - deyə nəşr yazıb.
Zelenski əlavə edib ki, bu vəsaitin böyük hissəsi hava hücumundan müdafiəni gücləndirmək üçün istifadə olunacaq.
Havar Şəfiyeva