|
|
|
|
Rusiyanın hücumları nəticəsində cəbhədə vəziyyət daha da pisləşə bilər.
525.az “Report”-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Foreign Policy” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Qərbin hərbi yardımının gecikdirilməsi fonunda Rusiya hərbi əməliyyatlarının effektivliyi artıb:
“Biz həqiqətlərlə üz-üzə gəlməli, Rusiyanın hərbi əməliyyatlarının effektivliyinin artdığını etiraf etməliyik”.
Nazir qeyd edib ki, Qərbin göndərdiyi yardımlar arasında fasilə müddəti çox uzundur: “Ukrayna əsgərləri artilleriya sursatının çatışmazlığından əziyyət çəkirlər”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.