|
|
|
|
Fransanın paytaxtı Parisdə bir binada baş verən yanğında 3 nəfər həyatını itirib.
525.az xəbər verir ki, Parisin 2-ci bölgəsində İtalyanlar Bulvarı yaxınlığındakı binada gecə yarısı yanğın baş verib. Yanğınsöndürənlər binanın 6 və 7-ci mərtəbələrini əhatə edən yanğına müdaxilə edərək söndürüblər.
Qruplar səhər saatlarında yanğının başladığı mənzildə 3 nəfərin cəsədini aşkarlayıb, hadisə nəticəsində bir nəfər isə yaralanıb. Yanğının binanın 7-ci mərtəbəsində yerləşən mənzildə qaz sızmasından baş verdiyi bildirilib.
Məhəmməd Tağıyev