Türkiyə İsraillə ticarət əlaqələrini dayandırıb.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.
Mənbələr Türkiyənin İsrail ilə bütün ixrac-idxal əməliyyatlarını dayandırdığını bildirib.
Hələlik Türkiyə hökuməti məsələ ilə bağlı rəsmi açıqlama verməyib.