ABŞ Konqresinin Nümayəndələr Palatasında büdcə iclasında iştirak edən müdafiə naziri Lloyd Ostinə Fələstin tərəfdarı fəal tərəfindən etiraz edilib.
525.az xəbər verir ki, Ostinin Nümayəndələr Palatasında iştirak etdiyi iclasda çıxışına etiraz edilib. Belə ki, çıxışı davam edərkən "Yaşasın Qəzza" yazılmış pankartla ayağa qalxan müharibə əleyhinə "CODEPINK" qeyri-hökumət təşkilatının nümayəndəsi Medea Binyamin nazirin sözünü kəsərək Fələstin məsələsinə münasibətini açıqlayıb.
Binyamin: "Qəzzada soyqırımı dəstəklədiyiniz halda ABŞ liderliyindən necə danışa bilərsiniz? Qəzzada baş verənlər qeyri-qanuni, əxlaqsız və iyrəncdir. Bayden adminstrasiyası bu məsələdə əli olanlardandır", - deyib.
Məhəmməd Tağıyev