ABŞ rəhbərliyi Qəzzada atəşkəsin əldə edilib-edilməməsindən asılı olmayaraq, Rəfaha qurudan hücuma keçəcəklərini açıqlayan İsrailin baş naziri Binyamin Netanyahuya "ABŞ olaraq Rəfaha qurudan hücuma qarşıyıq" mesajını bir daha təkrarlayıb.
525.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi telekonfrans vasitəsilə keçirdiyi mətbuat brifinqində Qəzza və bölgədəki son vəziyyəti dəyərləndirib.
Kirbi Qəzzada atəşkəslə bağlı Həmas ilə razılığın əldə edilib-edilməməsindən asılı olmayaraq, Rəfaha qarşı quru əməliyyatına başlayacaqlarını açıqlayan Netanyahunun sözlərinə reaksiya verib.
Kirbi: "Biz Refahda hərtərəfli quru əməliyyata qarşıyıq. Oraya sığınan 1,5 milyon insanın təhlükəsizliyini nəzərə almayan əməliyyat görmək istəmirik", - deyib.
Məhəmməd Tağıyev