|
|
|
|
Tbilisidə aksiyanın dağıdılması zamanı 6 polis əməkdaşının yaralandığı məlum olub.
525.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Etirazçıların zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin altı əməkdaşı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb”, - Gürcüstan XİN rəhbərinin müavini Aleksandr Daraxvelidze bildirib.
Qeyd edək ki, aprelin 29-da gürcü deputatlar xarici agentlər haqqında qanun layihəsini ikinci oxunuşda dəstəkləyiblər. İllik gəlirlərinin 20 faizi xaricdən gəlirsə, qeyri-hökumət təşkilatları və medianın qeydiyyatdan keçməsini tələb edir.
Havar Şəfiyeva