Meksikada sərnişinləri olan avtobus aşıb, nəticədə 31 nəfər xəsarət alıb.
525.az xəbər verir ki, bu barədə Meksikanın Meksika əyalətinin Təhlükəsizlik Nazirliyi "X" sosial şəbəkəsində bildirib.
“Səhər saatlarında avtobus aşıb və əyalət polisi dərhal ərazini mühafizə etmək üçün hadisə yerinə gəlib. İlkin məlumatlara görə, 14 nəfər ölüb, daha 31 nəfər yaralanıb”, - deyə regional idarənin açıqlamasında bildirilir.
Nazirlikdən verilən məlumata görə, avtobus Meksikanın Quanaxuato əyalətindən sərnişinlər olub.
Havar Şəfiyeva