Paris 1 Panteon-Sorbon Universitetinin tələbələri Qəzzada "soyqırımın dayandırılması" çağırışı ilə kampuslarında etiraz aksiyası keçirib.
525.az xəbər verir ki, Paris 1 Panteon-Sorbon Universitetində təhsil alan tələbələr İsrailin Qəzzaya hücumlarına reaksiya vermək üçün şəhərcikdə toplaşıb. Belə ki, Fələstini dəstəkləyən tələbələr Qəzzada "soyqırımın dayandırılması və dərhal atəşkəs" tələbi ilə nümayiş keçirib.
Qeyd edək ki, soyadını açıqlamaq istəməyən tələbə Mateo: "Bu gün Qəzzada Fələstinə edilən soyqırıma etiraz edirik", - deyə bildirib.
Məhəmməd Tağıyev