|
|
|
|
İndoneziyada Ruanq vulkanında davam edən vulkanik fəaliyyətlər səbəbilə bölgədəki 12 min nəfər üçün təxliyə qərarı verilib.
525.az xəbər verir ki, İndoneziyanın şimalındakı Ruanq adasında yerləşən Ruanq vulkanının dünən lava və kül püskürməsindən sonra bölgədə həyəcanlı gözləmə davam edir.
Belə ki, vulkanın fəaliyyətlərini davam etdirməsi ilə əlaqədar tədbir olaraq bölgədə 12 min nəfərin təxliyyə qərarı verilib.
Vulkanın yerləşdiyi Ruanq adası ötən ay baş verən partlayışlar nəticəsində tamamilə boşaldılmış və adada yaşayan 828 nəfər ətraf ərazilərə yerləşdirilmişdi.
Məhəmməd Tağıyev