|
|
|
|
Böyük Britaniyanın tərkibində olan İngiltərə və Uelsdə xalq 4 il müddətinə bələdiyyə başçılarını, şəhər şurası üzvlərini və polis komissarlarını seçmək üçün sandıq başına gedib.
525.az xəbər verir ki, İngiltərədə yerli idarəetmələri müəyyən etmək üçün 107 seçki dairəsində səsverməyə gedən vətəndaşlar öz səsləri ilə London bələdiyyə sədrini, şəhər məclis üzvlərini və paytaxtdan kənarda 10 bələdiyyə sədrini təyin edəcək. Seçicilər, həmçinin İngiltərə daxilində 35 Polis və Cinayət Müvəkkilini də (PCC) seçir.
Uelsdə isə xalq yalnız növbəti dörd Polis və Cinayət Komissarını (PCC) seçmək üçün seçkiyə gedib. Böyük Britaniyanın tərkibində olan Şotlandiya və Şimali İrlandiyada isə seçkilər olmayacaq.
Məhəmməd Tağıyev