Onsuz - Rafael Hüseynov yazır Bəlkə də bu, insanın görünməz güclərindəndir ki, ən böyük acılarla da barışmağı bacarır.
10.10.18
Əziz müəllimimiz... Düz bir il öncə - 2017-ci il oktyabrın 9-da Pərvin xanımın doğum günündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında onun "Səhnə" adlı kitabının təqdimatına yığışmışdıq. 08.10.18
Undum, qoğal olmuşam... - Pərvin yazır Sənət adamlarının həyatı öz-özlüyündə elə SƏNƏTdi... Bu mövzuda nə qədər romanlar yazılıb, filmlər, seriallar çəkilib. 06.10.18
Elçin zirvəsi Zirvə, məlumdur ki, ən yüksək nöqtə anlamında ifadə olunan sözdür. Bəzən, "ən yüksək zirvə" kəlməsi də işlədilir. Çünki hər bir ucalığın öz zirvəsi vardır. 05.10.18
Sözün, sənətin İlyas Əfəndiyev ucalığı Onu ilk dəfə oxuyanda "yazıçılıq nə gözəldir, düşüncələrini, xəyallarını, arzularını, gördüklərini, görmək istədiklərini yaza bilirsən, hamı da oxuyur" - demişdim. Yazıçılığın fərqli peşə, nasirin qeyri-adi insan olduğuna əsərləri ilə inandırmışdı məni. 03.10.18
Bu da bu cür həyatdır... - Xalq yazıçısı Elçinin hekayəsi ... sonra o biri böyrü üstə çevrildim, ancaq yox, durmalıyam, yuxunun bu şirin vaxtı durub, tualetə getməliyəm - deyəsən, prostat əhvalatları başlayır, amma tez deyil? - səssizcə ayağa qalxdım ki, Sona oyanmasın və eləcə səssizcə də qayıdıb, yerimə girmək istəyirdim ki, o yay gecəsi bircə anın içində dəhşət məni basdı: Sona tək deyildi, Sonanın yanında kimsə üzünü ona tərəf çevirib yatmışdı. Elə həmin anda da hiss etdim ki, bu adam kişidir və bilmirəm, nə qədər keçdi - zaman mənim üçün dayanmışdı - və bu adam, yəni Sonaya qısılıb yatmış kişi, darısqal çarpayıya sığışmayan əlini uzadıb, Sonanın çılpaq döşünün üstünə qoydu.
01.10.18
Sevgiylə maariflən... - Pərvin yazır İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayəsinin əlyazmasının sonunda Mirzə Fətəli Axundzadənin belə bir qeydi var: “Mənim qəlbim elə alovlu qəlblərdəndir ki, o, nə öz sevincini, nə də öz kədərini gizlədə bilər. Buna görə də mən bugünkü sevincimi sizə xəbər verməyə bilmərəm. Mənim şadlığımın səbəbi odur ki, başladığımız işin axıra çatması haqqında məndə zərrə qədər şübhə qalmamışdır. Bu gün sizi tamamilə inandıra bilərəm ki, arzularımızın həyata keçirilməsi günü yaxınlaşmışdır. İzahatını gələcək münasib bir təsadüfə saxlayıram”. 15 mart 1846. Mirzə Fətəli”.
29.09.18
Milli Kitabxananın 95 illiyi elmi-praktik konfransla qeyd olundu - Fotolar Sentyabrın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 95 illiyinə həsr edilmiş "Milli Kitabxanalarda innovasiyalar - dəyişikliklərin əsası və inkişafın istiqaməti kimi" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. 28.09.18
Əlimərdan bəy Topçubaşının Paris arxivinin 4-cü cildi də nəşr edildi Azərbaycan Cümhuriyyətinin (1918-1920) qurucularından və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan azman dövlət və siyasət xadimi Əlimərdan bəy Topçubaşının (1863-1934) Parisdə saxlanan arxivinin 4-cildlik nəşrinin sonuncu - 4-cü cildi də bu günlərdə Moskvada işıq üzü görüb. 27.09.18
Şah İsmayıl Səfəvinin portret cizgiləri Zəmanəsinin yetirməsi kimi, Şah İsmayılın siyasətində dövrün ənənələrindən irəli gələn güc tətbiqi faktları ilə də rastlaşmaq mümkündür. 27.09.18
Nəsib Nəbioğlunun kitabının təqdimat mərasimi keçiriləcək 2018-ci il sentyabrın 27-si saat 14 00 -da Moskvada yaşayan tanınmış şair
Nəsib Nəbioğlunun Seçilmiş əsərlərinin I cildinin təqdimat mərasimini keçirir.
Tədbir AYB-nin Natəvan klubunda baş tutacaq.
Maraqlananlar dəvət olunur. 25.09.18
Tiflis... Və Mirzə Fətəli Axundzadə... - Pərvin yazır Tiflis - deyirəm, ona görə ki, niyyətim bu möcüzə şəhərin əsrlər öncəki halından danışmaqdı. XXI əsrin cilaladığı, yenilədiyi küçələrdə gəzə-gəzə o illəri, Tbilisinin Tiflis vaxtlarını hiss etmək çətin deyil. Çünki burda müxtəlif mədəniyyətlərlə yanaşı, fərqli əsrlərin, illərin izləri də qorunub saxlanıb. 22.09.18
Mərkəzi Asiyanın ən qədim şəhəri: Buxara - II yazı Səmərqənddən ayrılıb, öz gözəlliyi, tarixi abidələri, qədimliyi ilə heç də geri qalmayan Buxaraya yola düşürük. Buxara Mərkəzi Asiyanın ən qədim şəhərlərindən biridir, yaşı 2500 ildən artıqdır. Burda da qədim Şərq memarlığını əks etdirən məscidlər, mədrəsələr var. 20.09.18
Bakı Kitab Mərkəzində tarixçi Dilarə Seyidzadə ilə görüş - Fotolar Sentyabrın 17-də yeni fəaliyyətə başlamış Bakı Kitab Mərkəzində "Tarixlə üz-üzə" layihəsi çərçivəsində görkəmli tarixçi alim, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə görüş keçirilib. 19.09.18
Bütün diyarlardan göyçəkdi ölkəm - Jalə Əliyeva Cavid Qurbanovdan yazır Bəşəriyyət sevgidən yaranıb. Odur ki, insanın əbədi var olma sirri də məhz sevgidədir. Dünyaya, torpağa, varlığa, insanlara sevgidə... Sahib olduqlarına - vətənə, millətə, yara-yoldaşa sevgidə... Bir də yaşadığın ömrə sevgidə, yaşa sevgidə... Minillərlə mövcud olan kainatın yaşı nisbətində bir ana bərabər olan insan ömrünü də əbədi edən məhz onun həyatı boyunca qurub-tikdiyində, yazıb-yaratdıqlarında deyilmi?! Həyatın dəyəri də elə bununla ölçülmürmü?! 18.09.18
Doğma və sevimli ADPU... - Pərvin yazır Tələbə adını qazanmaq, universitetə qəbul olunmaq sanki azad həyata vəsiqə qazanmaq kimidir. Bir tərəfdən yeni bir mərhələ başlanır ömründə. 15.09.18
Arif Məlikov yaradıcılığı: ahəng və rənglərin möhtəşəmliyi Yaradılışı, varlığı ilə özü-özlüyündə hadisə olan insanlar var. Elə insanlar ki, onların həyat yoluna, ömürləri boyunca gördükləri işlərə, özünə, ətrafına, çevrəni bir az genişləndirsək ölkəsinə, hələ lap çox genişləndirsək dünyaya verdiyi töhfələrə nəzər salanda xüsusi bir missiya üçün göylərdən yerlərə, məhz aid olduqları xalqa əta kimi göndərildiklərini düşünürsən. 13.09.18
"Azərbaycan dilinin orfoqrafiya qaydaları üçün əsas prinsip azərbaycançılıq təlimidir" "Azərbaycan dilinin Orfoqrafiya qaydalarına nəzərdə tutulan dəyişikliklərlə əlaqədar yekun iclasın keçirilməməsi yalnız Orfoqrafiya Komissiyası üzvlərinin iyun-avqust aylarında yay tətilində olması ilə əlaqədardır. Artıq Komissiya üzvlərinin əksəriyyəti iş başındadır. Bu günlərdə Orfoqrafiya Komissiyasının iclasında Orfoqrafiya qaydaları müzakirəyə çıxarılacaq və bu məsələyə yekun vurulacaqdır. Ona görə də hələlik qaydalarla əlaqədar komissiya iclasının keçirilmədiyi, müzakirələrin aparılmadığı və hər hansı bir qərarın qəbul edilmədiyi halda mətbuat vasitəsilə cəmiyyətdə bu barədə ajotaj xarakterli rəylər yaratmaq, narahatlıq ifadə etmək halları obyektiv reallıqları ifadə etmir, bəzi hallarda hətta təzyiq kimi səslənir". 12.09.18
Koroğlu ölməzliyi - Xalq yazıçısı Elçin yazır Geniş mənada türk mədəniyyətinin ən unikal cəhətlərindən biri də budur ki, dastançılıq türk bədii təfəkkürünün ifadəsi kimi olduqca zəngin tarixə və ənənələrə malikdir.
10.09.18
“Sosial”laşan ömrümüz... - Pərvin yazır Bugünlərdə Milli Məclisin Elm və təhsil komissiyası yeni “Ümumi təhsil haqqında” qanunun ilkin variantı barəsində açıqlama verib. 08.09.18